Futzal
Zaur Axundov: "Futboldan küsməmişəm" (MÜSAHİBƏ)
Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi.
- Uzun fasilədən sonra sizi yenidən stadionda, "Sumqayıt" - "Şamaxı" oyununda görmək bir qədər təəccüblü oldu.
- Niyə? (gülür)
- Çünki "Keşlə" artıq "Şamaxı"dı və siz də klubdan ayrılmısız.
- O, bir tarix idi, bitdi. Həmin səhifələri artıq başa vurmuşuq. Mən AFFA İcraiyyə Komitəsinin üzvüyəm. Ona görə də oyunlara getməyim də normal haldı.
- "Şamaxı" ilə "Keşlə"ni müqayisə etmək olar?
- İki komanda arasında fərq çoxdu. "Şamaxı"da gənclərə üstünlük verilib. Təbii ki, onlara da vaxt lazımdı. Təcrübələri olmasa da, meydanda qaçırlar, mübarizə aparırlar. Bəziləri vaxtı ilə bizdə əvəzedici heyətdə oynamış uşaqlardı. Hiss olunur ki, güc var, istək var. Üzərlərində peşəkar məşqçi işləməlidir ki, tez bir zamanda daha da püxtələşsinlər.
- Son zamanlar mətbuatda "Şamaxı" ilə aranızda narazılıqlar yarandığı və bu səbəbdən də futboldan küsdüyünüz deyilirdi. Həqiqətmi Zaur Axundov futboldan küsüb?
- Belə bir şey yoxdu. Heç bir narazılıq baş verməyib. Futboldan küsməmişəm. Futboldan küssəydim, bu gün stadiona da gəlməzdim. Heç futzalda da qalmazdım. Minimum 2024-cü ilə kimi AFFA İcraiyyə Komitəsinin üzvüyəm.
- Gələcəkdə təklif olsa, sizi yenidən hansısa futbol klubunda rəhbər vəzifədə görə bilərik?
- Hələlik bütün diqqətimizi futzala yönəltmişik. Etiraf edim ki, 5 il ərzində "İnter"də, "Keşlə"də olanda bir az futzal diqqətdən kənarda qaldı. Düzdür, bir gözüm orada idi, maraqlanırdım. Amma fikirləşirəm ki, "Araz Naxçıvan"a da, milliyə də diqqət bir az oldu. Bu da nəticələrdə öz sözünü dedi, milli və "Araz Naxçıvan" bir qədər gerilədi. Hazırda məqsəd yenidən Azərbaycan futzalını yüksək səviyyəyə qaldırmaqdı.
- Futzaldan söz düşmüşkən, "Araz Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov mətbuata açıqlamasında demişdi ki, bu il komandanın qarşısına qoyulan məqsəd minimum UEFA Çempionlar Liqasında "4-lər"finalında oynamaqdı.
- Bəli, elədir. Bundan ötrü "Araz Naxçıvan" da güclənib. Yaxşı transferlər reallaşdırmışıq. Güclü legionerlər dəvət olunub komandaya. Məqsəd məhz yenidən "4-lər" finalına vəsiqə qazanmaqdı.
- Yay fasiləsində "Araz Naxçıvan"a 7 legioner dəvət olundu. Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün kifayət edəcək?
- Düşünürəm ki, bəli. Düzdür, yeni transferlərin əksəriyyəti gənclərdi. 21, 22, 23 yaşları var. Amma komandaya fayda verəcəklərinə əminəm. Düzdür, bir qədər gec yığışmışıq. Komanda avqustdan hazırlığa başlayıb. Ona görə də bir qədər vaxt lazımdı komandaya.
- "Araz Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri də məlumdu - Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” klubları. Şansları necə dəyərləndirirsiz?
- Rəqiblər heç də zəif deyillər. Ümumiyyətlə, futzalda artıq zəif komanda yoxdu. Ona görə də ciddi hazırlaşıb, bu mərhələni mütləq keçməliyik. Bu qrupu birinci yerdə bitirməliyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:10
Azərbaycan Premyer Liqasında 8-ci tur start götürür
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
16.10.2026
15.10.2026
14.10.2026
























