22 Oktyabr 2026, Cümə axşamı
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Futzal

"Araz"ın oyunlarının vaxtı açıqlandı

Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin oyunlarının vaxtı açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da keçirəcəyi qarşılaşmaların vaxtı bəlli olub.
 
Naxçıvan təmsilçisi oyunları Rumıniyada keçiriləcək H qrupunda mübarizə aparacaq. Görüşlər Deva şəhərinin İdman Sarayında baş tutacaq.
 
“Araz” oktyabrın 11-də Bosniya və Herseqovinanın “Mostar” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Ertəsi gün eyni saatda başlayacaq matçdakı rəqib “Luksol Sent Endryu” (Malta) olacaq.
 
“Araz” oktyabrın 14-dəki son turda meydan sahibi “Deva” ilə görüşəcək. Saat 20:00-da başlayacaq oyun elit-raunda yeganə vəsiqənin taleyi baxımından həlledici xarakter daşıyacaq.

apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31