14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

"İmişli"nin rəqibləri bəlli oldu

"İmişli"nin yay hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bölgə təmsilçisi 2026/2027 mövsümünə hazırlığa iyulun 8-dən start verib. Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək BOS-un yardımçı meydançasında keçirəcək.

Bu müddətdə "İmişli" iyulun 17-də "Şəfa", iyulun 21-də "Qarabağ-2", iyulun 24-də isə "Araz Naxçıvan"la yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də "Karvan"la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də "Qəbələ", avqustun 3-də isə "Sumqayıt"la yoxlama oyunları keçiriləcək.

Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adı daha sonra açıqlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31