15 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

“Qrup lideri olmaq niyyətindəyik”

Gözəl oyun alındı. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna daha yaxşı oluruq. Belə davam etmək niyyətindəyik. Rəqib yaxşı kollektivdir. Lakin sürəti artıran kimi bunu hesabda da əks etdirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatının ikinci turunda İtaliyaya 3:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, qrup mərhələsindəki son qarşılaşmaya da toxunub:

"Fransa yaxşı yığmadır. Daha əvvəl onlara qarşı oynamışıq. İnanıram ki, həmin qarşılaşmada da özümüzü göstərə biləcəyik. Qrup lideri olmaq niyyətindəyik. Növbəti mərhələyə vəsiqə qazanmışıq, amma qrupu daha yaxşı nəticə ilə bitirə bilərik".

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31