Ölkə futbolu
Dörd bir tərəfə dağılan “tənqidlər”
Son iki mövsümdə Azərbaycan futbolunda ən çox müzakirə olunan məşqçilərdən biri Füzuli Məmmədovdur. Ötən mövsümün ortasında təcrübəli mütəxəssis I Liqa təmsilçisi “Mingəçevir”in baş məşqçisi təyin edildi. Həmin vaxt bəziləri bu təyinatın uğursuz olacağını, Məmmədovun “Mingəçevir”i liqada saxlaya bilməyəcəyini proqnozlaşdırırdılar. Lakin Füzuli Məmmədovun rəhbərliyi altında “Mingəçevir” nəinki I Liqadakı yerini qorudu, hətta turnir cədvəlində 10-cu pillədən 4-cü pilləyə qədər yüksəldi. Məmmədov nəyə qadir olduğunu qazandığı nəticələrlə sübuta yetirsə də, bəzi “tənqidlər” dayanmaq bilmirdi. Eynən bu gün olduğu kimi...
Geridə qalan bir il ərzində Füzuli Məmmədovun iş yeri dəyişsə də, bəzilərinin mütəxəssisə münasibəti hələ də dəyişməyib. Günü bu gün də təcrübəli məşqçi barədə yeri gəldi-gəlmədi bəzi tənqidlər, haqsız iradlar səslənir. Bəli, bu gün “Karvan-Yevlax” Premyer Liqada sonuncu yerdədir. Lakin bunun günahı təkcə Füzuli Məmmədovdadırmı? Əlbəttə yox. Bu barədə daha əvvəl də qeyd etmişik, “Karvan-Yevlax”ın əsas problemi mövsümöncəsi aparılan yanlış seleksiyadır.
Yayda heyətə cəlb olunan futbolçuların əksəriyyəti etimadı doğrultmadı. Üstəlik, komanda çempionatın startı ərəfəsində heyətinə 12 əcnəbi cəlb edib. Qaydalara əsasən isə növbəti legionerin transferi üçün Yevlax klubu 100 min manat əlavə rüsum ödəməlidir. Bu isə “Karvan-Yevlax” kimi aşağı büdcəli klubun imkanları daxilində deyil. Məhz bu səbəbdən də klubun hazırkı baş məşqçisi Füzuli Məmmədov qış fasiləsində heyəti yalnız yerli futbolçularla gücləndirmək məcburiyyətində qaldı. Aydın məsələdir ki, qış fasiləsində də yaxşı yerli futbolçu tapmaq çox çətin məsələdir. Üstəlik, 30 futbolçu limitindən 27-si istifadə edilib. Bu səbəbdən də Füzuli Məmmədov yanvarda heyətə yalnız I Liqadan 3 oyunçu götürə bildi. Buna baxmayaraq, geridə qalan müddətdə Füzuli Məmmədovun seçimləri özünü tamamilə doğruldub. Təkcə elə dünən “Kəpəz”ə qarşı keçirilən matçın qəhrəmanı – Rauf Rüstəmlini qeyd etmək mümkündür. Rüstəmli Yevlax klubuna qışda məhz Məmmədovun istəyi ilə cəlb olunub.
Ondan başqa, “Səbail”dən icarəyə götürülən Emin Rüstəmovu da qeyd etmək olar. U-21 yığmamızın da üzvü olan mərkəz müdafiəçisi demək olar ki, ilk gündən “Karvan-Yevlax”ın əsas heyətində özünə yer edib. Lakin bütün bunlara baxmayaraq, “Karvan-Yevlax”ın digər klublardan heyət baxımından açıq-aşkar geri qaldığı göz önündədir. Məhz heyətin kasadlığı Füzuli Məmmədovun işini çətinə salır. Odur ki, PRO kateqoriyalı mütəxəssisdən, onun komandasından möcüzə gözləmək çətindir.
Düzdür, 49 yaşlı mütəxəssisin gəlişindən sonra Yevlax klubunun oyununda müsbət məqamlar nəzərə çarpsa da, bir daha qeyd edirik ki, heyətin zəifliyi yekunda özünü göstərir. Odur ki, “Karvan-Yevlax”ın bütün uğursuzluğunu Füzuli Məmmədovun üzərinə atmaq doğru deyil. Axı insaf da dinin yarısıdır... Məmmədovun gəlişindən sonra Yevlax klubunun oyunundakı irəliləyiş göz önündədir. Bircə qələbə çatışmırdı ki, o da dünən gəldi. Yevlax klubu mövsüm ərzində iki dəfə “Qarabağ”ı məğlub etmiş “Kəpəz”i meydandan sildi. Qazanılan 4:1 hesablı qələbə ilə eyni zamanda, Füzuli Məmmədov da ona qarşı yönələn haqsız tənqidləri dörd bir tərəfə dağıtdı...
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:34
Samir Ələkbərov istefaya göndərildi
-
14:11
Tiaqo Almeyda: “Sumqayıt”ın məqsədi turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır”
-
13:47
Mbappe 500-ə çatdı
-
12:20
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
-
11:58
FIFA U-20 dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olunub FOTOLENT
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
17.10.2026
16.10.2026
15.10.2026
























