18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Kamilo Duran Azərbaycan çempionatları tarixinə düşdü

Azərbaycan Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın kolumbiyalı hücumçusu "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura "Araz-Naxçıvan" (5:0), "Qəbələ"nin legioneri Domi Massumo XVIII turda "İmişli" (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib.

Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31