25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Felipe Santos üçün əlamətdar qol

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Azərbaycan Premyer Liqasında 25-ci qolunu vurub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, braziliyalı legioner buna XXVI turda "Sabah"a uduzduqları (2:4) matçda nail olub.

Hücumçu 109-cu oyununda "25"ə çatıb. Turnirdə 2021/2022 mövsümündə debüt edən vinger üç klubda forma geyinib.

Santos "Şamaxı"da 6 (21 oyunda), "Qəbələ"də 3 (35 oyunda), "Araz-Naxçıvan"da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.

Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31