18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Dünya Səhiyyə Günü münasibətilə sosial layihə həyata keçirildi

7 aprel - Dünya Səhiyyə Günü münasibətilə Azərbaycan Premyer Liqasının 26-cı turunun “Liv Bona Dea Arena”da baş tutan “Araz Naxçıvan” - “Sabah” oyunundan əvvəl sosial təşəbbüs həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində reallaşan tədbir münasibətilə komandaların futbolçuları meydana daun sindromlu uşaqlarla birlikdə çıxıblar. Aksiyanın əsas məqsədi inklüziv cəmiyyətin təşviqi, hər bir fərdin cəmiyyət üçün özünəməxsus yerə sahib olması, eyni zamanda futbolun hər kəs üçün əlçatanlığının nümayiş etdirilməsi olub.

Beləliklə, futbolun sadəcə oyundan ibarət olmadığı, həm də mühüm sosial dəyərləri aşılamaq üçün güclü bir platforma rolunu oynadığı bir daha diqqətə çatdırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31