12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Ölkə futbolu

"Turan Tovuz" apellyasiya şikayəti verəcək

"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyevin 4 oyunluq cəzalandırılması ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.

Futbolxeber.az saytına bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilmiş və mütəxəssisə 4 matçlıq cəza təyin edilmişdi. Buna səbəb Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"ə qarşı görüşdə etdiyi hərəkətlər olub. K.Berdıyevə hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün belə bir cəza verilib. "Turan Tovuz" isə qərarla razılaşmır.

Qeyd edək ki, K.Berdıyev 2024-cü ildən bölgə təmsilçisini çalışdırır.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31