2 Sentyabr 2026, Çərşənbə
"Neftçi" Piriçlə yollarını ayırdı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı

Ölkə futbolu

Samir Abasov: “Hakim görünməyən VAR-dan penalti çıxardı”

“Oyunçular və komandamla həddindən artıq qürur duyuram. Matça yaxşı girə bilmədik. Bu da rəqibin sərt olması ilə bağlı idi. Futbolçularım əzmkarlıq göstərdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, oyunçuları təkcə meydana hazır etməli deyillər: "Oyuna görə nəticəni qoyaq kənara. İşimiz çoxdur. Yeni futbolçular gətirmişik. Oyun dramatik keçdi. Əvvəlki matçlarda da favorit biz idik. Bitiriciliklə bağlı problemimiz var, bunları da aradan qaldıracağıq. Bunlar məşqlərlə düzələsi bir şeydirsə, söz verərdik ki, gələn oyun aradan qalxacaq".

Abasov "Zirə"nin ikinci qolu vurması ilə nəticələnən penalti epizodu barədə də danışıb: "Görünməyən VAR ilə penalti verdi yox, penalti çıxardı. Maraqlısı odur ki, dördüncü hakimə dəfərlərlə yalvardım. Dedim ki, qoldan əvvəl Alesio Kurçinin epizoduna da baxsın. O da söz verdi ki, baxdıracaq. Amma sonradan baş hakim dedi ki, mənə bu barədə deyən olmadı. Çoxlarında “Neftçi"nin yaxşı olma qorxusu var. Bunu da aradan qaldıracağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30