15 Aprel 2026, Çərşənbə
Hacı Əliyev mayor rütbəsi aldı
ÇL: PSJ və "Atletiko" yarımfinalda
Yığmamız Andorraya qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Ölkə futbolu

"Kəpəz"də struktur dəyişikliyi

“Kəpəz” İctimai Birliyinin İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində klubun rəhbərliyində yeniliklər həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin olunub. Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər.

E.İbrahimov şəxsi istəyi ilə müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri tərəfindən qəbul olunub.

Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər təyin olunub. Eyni zamanda, İcraçı direktor və Akademiyanın direktoru vəzifələri ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.

Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30