1 Sentyabr 2026, Çərşənbə axşamı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

Kaxaber Sxadadze: “Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi”

“Qəbələ”nin gənc futbolçularına təcrübə lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze ötən gün baş tutan "Sumqayıt"la yoxlama matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, qolları öz səhvlərindən buraxdıqlarını deyib: “Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı. Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uuğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30