14 Iyun 2026, Bazar günü
Türkiyə Avstraliyaya məğlub oldu
DÇ-2026: ABŞ millisindən əla start
DÇ-2026-da ilk heç-heçə qeydə alındı
"Sumqayıt"da itki - 6-9 ay oynamayacaq

Ölkə futbolu

“Omoniya”nın baş məşqçisi: “Qələbəmiz asan olmadı”

“Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Omoniya"nın baş məşqçisi Henninq Berq UEFA Konfrans Liqasının 3-cü mərhələsinin ilk matçında "Araz-Naxçıvan"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Böyükhesablı qələbəyə baxmayaraq, o, heç nəyin tamamlanmadığını bildirib: “Hazırda bu nəticədən sonra komandamız yaxşı vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiə olunanda yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım”.

“Bundan əvvəl "Qarabağ"la oyun üçün Bakıya gəlmişdiniz. "Araz-Naxçıvan"la onları necə müqayisə edərdiniz?” sualını mütəxəssis belə cavablandırıb: "Qarabağ"la qarşılaşanda səfərdə heç-heçə etmişdik. Patrik Andrade də orada oynayırdı. "Qarabağ" daha təcrübəli idi. "Araz-Naxçıvan" yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. "Araz-Naxçıvan" yaxşı oyun nümayiş etdirir. "Aris"ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və "Araz-Naxçıvan"ın işini çətinləşdirdik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30