3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

AFFA-dan Berdıyevə sərt cəza

AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin Premyer Liqanın XXX turunda "Sabah"la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi buna səbəb olub. Həmçinin klub 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmin matçda 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

Meydan sahibi azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” daha 800 manat cərimə olunub.

“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu əlavə 1000 manat cərimə edilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31