3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”dan hücumçu transferi

"Sumqayıt” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, “kimyaçılar” Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı hücumçu “Sumqayıt”da “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30