Ölkə futbolu
Fabian Buntiç: “Yunanıstana turist kimi getməyəcəyik”
“Qarabağ”ın qapıçısı Fabian Buntiç UEFA Avropa Liqasının VII turunda FCSB-ya 2:3 hesabı ilə uduzduqları oyundan sonra Futbolxeber.az saytının suallarını cavablandırıb:
- FCSB ilə matçda iki dəfə hesabda önə keçsəniz də, yekunda uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Oyuna yaxşı başlamışdıq. Erkən qol da vurduq. Təəssüf ki, standart vəziyyətlərdən qollar buraxdıq. Ən pisi də odur ki, rəqibi məyus etdikdən dərhal sonra qapımızda qol gördük. Halbuki oyuna nəzarət bizim tərəfimizdə idi. Rəqib hər top uğrunda vuruşurdu. Düşünürəm ki, bəxtimiz gətirmədi. Nəticə layiqli deyil. Rəqiblə müqayisədə biz qələbəyə daha layiq idik.
- “Qarabağ” standart vəziyyətlər zamanı niyə əziyyət çəkir?
- Künc zərbəsindən qapımızda 3 qol gördük ki, bu da çox məyusedicidir. FCSB standart vəziyyətlərdən çox yaxşı istifadə edir. Xüsusən də künc zərbələrindən. Bizdə isə sanki bir addım, 10 sm çatışmırdı. Avropa oyunlarında bir addım belə həlledici olur. Təəssüf ki, belə alındı.
- Bəs biz niyə künc zərbələrindən istifadə edə bilmirik?
- Tərz fərqi var. FCSB standart vəziyyətlərə üstünlük verən komandadır. Biz isə qısa ötürmələrə, sürətli hücumlara üstünlük verən komandayıq. Yəni onların oyunu məhz standart vəziyyətlər üzərində qurulur.
- Meydanda Benzia və Juninyonun yeri görünürdü?
- Sözsüz ki, belə oyunçuların adları çəkiləndə istəyirsən ki, onlar da oynasınlar. Lakin düşünürəm ki, Juninyo və Benzianın yoxluğunda da yaxşı oynadıq. Qələbəyə daha layiq idik. Sadəcə xırda səhvlər qapımızda qollar görməyimizlə nəticələndi.
- Buna qədər cüzi də olsa, pley-off şansı var idi, artıq o da bitdi. Demək olar ki, “Qarabağ” “Olimpiakos” səfərinə turist kimi yollanacaq?
- Xeyr, bu fikirlə razı deyiləm. Yunanıstana turist kimi getməyəcəyik. Avropa Liqasında hər matç önəmlidir. Odur ki, qarşıdakı matçda da meydana yalnız qələbə üçün çıxacağıq. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Bizim üçün vacib matçdır. Yaxşı oyunla yaxşı nəticə əldə etməyə çalışacağıq.
- “Qarabağ” Avropada uğursuzluqla üzləşəndə bu, ölkə çempionatındakı rəqabətsizliklə əlaqələndirilir. Razısınız bu fikirlə?
- Sözsüz ki, Avroliqa ilə Azərbaycan çempionatı arasındakı səviyyə fərqi görünür. Lakin Avropadakı uğursuzluğu bu amillə əlaqələndirmək olmaz. “Qarabağ” daha əvvəl avrokuboklarda yaxşı nəticələr qazandığını göstərib. Razıyam ki, Azərbaycan çempionatında rəqabət güclü deyil. 1-2 oyun istisna olmaqla səviyyə güclü deyil. Amma bu, avrokuboklardakı uğursuzluğa səbəb ola bilməz.
- Bəs uğursuzluqda format dəyişikliyinin nə dərəcədə təsiri oldu?
- Formatın nəticələrə aidiyyəti yoxdur. Futbolda belə hallar olur. Avropanın aparıcı klubları belə hansısa mövsümü yaxşı keçirmirlər. Məsələn, bu gün “Mançester Siti” istədiyi nəticələri qazana bilmir. Odur ki, bu, hər komandanın başına gələn haldır. İnanıram ki, “Qarabağ” növbəti mövsüm daha güclü qayıdacaq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























