Ölkə futbolu
Hafiz Məmmədovu alqışlamaq üçün beş əsas...
...VƏ YA BİZ ONUN UĞURLARINA NIYƏ DODAQ BÜZÜRÜK?
Hafiz Məmmədovun “Atletiko” və “Lans” ilə bağlı təşəbbüslərinə bəzi qeyri-adekvat reaksiyalar, bilərəkdən qarayaxma cəhdləri məni də bu mövzuya toxunmağa vadar etdi. Özü də maraqlıdı ki, qarayaxma kampaniyasını aparanlar zaman-zaman tonu və üslubu dəyişir. “Land of fair Azerbaijan” yazısı madridlilərin formasında ilk dəfə görünəndə “birdəfəlik istifadə” üçün hansısa mifik məbləğin ödənilməsindən danışdılar, sonra reklam sloqanının uzunömürlülüyünü və “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlığın konkret çalarlar aldığını görəndə yanıldıqlarını anladılar. İndi də Hafiz bəyin “Lans”ın faktiki sahibinə çevrilməsi, eyniadlı şəhərdə və az qala bütün Fransada qəhrəman kimi qarşılanması, əlaqələri bir qədər də inkişaf etdirərək, “Monako” və “Portu” ilə bağlı hansısa ideyalarını açıqlaması “Bakı”nın prezidentinin əleyhdarlarının yuxusunu lap ərşə çəkib. Böhtan və qarayaxma kampaniyası vüsət götürüb və bütün sürəti ilə davam edir. Yoldaşlar, axı işin əslində nə baş verir? Biz Hafiz Məmmədovu tənqid etməli, yoxsa alqışlamalıyıq? Alqışlamalıyıqsa, niyə alqışlamalıyıq?
Hafiz bəy formaların üzərinə özünə, soy-kökünə, “Bakı”ya aid sloqan yazdırsaydı, tənqidçilərin önündə mən gedərdim. Amma söhbət Odlar Yurdu Azərbaycanın və artıq tarixdə ilk olacaq Avropa Oyunlarının reklamından, piarından gedirsə, onda bu haray-qışqırığın mənası nədi? Məgər biz hamımız ana vətənin adının və bayrağının daim ucalarda olmasını, bilərəkdən məğlub duruma salındığımız Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin kor Qərbin gözünü deşməsini istəmirikmi? İstəyiriksə, bunu bizdən daha artıq istəyən başqa birisinin əməllərinə, səmimi canıyananlığına niyə kölgə salır və pəl vururuq? Hər birimizin şəxsiyyət vəsiqəsində və xarici pasportunda “doğulduğu yer” xanasının önündə “Azərbaycan” yazılmayıbmı?
Hafiz bəyi alqışlamağa əsas verən ikinci səbəb. Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridi, tarixən ermənipərəstliyi ilə tanınsa da, dünya mədəniyyətində və incəsənətində daim dəbi müəyyənləşdirən ölkələrdən biri olduğu hər kəsə bəllidi. Bu gün də Fransada 500 minə yaxın erməni yaşayır, özü də önəmli mövqelərə sahibdilər. Azərbaycan isə yalnız son illərdə fransızlara çox zəngin maddi-mənəvi dəyərlərə malik olduğunu, xalqımızın mədəniyyətinə görə heç kimdən geri qalmadığını sübut etməyə başlayıb. Ötən ilin sentyabrında Parisin mərkəzində, Eyfel qülləsinin yaxınlığında Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Hafiz Məmmədovun “Lans”a yardım əlini uzatmasına da bu prosesin davamı, yəni Fransa ictimai rəyini dəyişmək cəhdi kimi baxmaq lazımdı.
Üçüncü önəmli məqam odu ki, söhbət İspaniya və Fransanın yetərincə məşhur, çoxlu titullar qazanmış klubları ilə əməkdaşlıqdan, qabaqcıl təcrübənin bölüşdürülməsindən gedir. Baxın, “Atletiko” “Real”la “Barselona”nın da yarışdığı liqada 9 dəfə çempion olub, 10 dəfə kuboku qazanıb, bu gün də titula iddialı üç klubdan biridi. “Lans” isə hazırda aşağı dəstədə mübarizə aparsa da, elitaya vəsiqə uğrunda yarışır, 41 min yerlik stadionunda da daim anşlaq yaşanır. Hafiz bəy 5 azərbaycanlı yeniyetməni “Atletiko”nun futbol akademiyasına uzun müddətə göndərirsə, “Bakı”nın aşağı yaş qruplarının “Lans”dan olan uşaqlarla qarşılaşmasını lazım bilirsə, heç şübhəsiz, Azərbaycan futbolunun xoş gələcəyini indidən təmin etmək niyyəti güdür. İki klubla əməkdaşlıq gələcəkdə Azərbaycan yığmasına ən azı iki ulduz qazandıracaqsa, bu özü də böyük uğur deyilmi? Axı bu gün bizim bircə legionerimiz də yoxdu. Əlbəttə, Kazanda ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən RuslanAbışovu çıxmaq şərti ilə...
Dördündü alqışlanası məqam. Bir Azərbaycan türkü, bir biznesmen Fransada klub alıb. Və bu adam biznesə dünən-srağagün yox, çox-çox illər öncə gəlib, gəlir-çıxarını hesablamağı, futboldan pul qazanmağın yollarını yetərincə yaxşı bilir. “Lans”ı elitaya daşımaq və oranın da iddialısına çevirmək üçün konkret planları var. Təbii ki, güclü, möhtəşəm azarkeş ordusuna malik klubun prezidenti olmaq həm də gələcəkdə bu layihədən pul götürmək deməkdi. Gözümüzün önündə “Real”, “Barselona”, MY, PSJ və onlarla başqa nümunə var. Belə çıxır ki, həmvətənimiz olan biznesmeni pul qazanmaq istəyinə, yəni çox sadə biznes ehtirasına görə suçlamalıyıq? Maraqlıdı, gürcü və ya erməni biznesmen Fransada klub yiyəsi olsaydı, onlar da həmvətənlərinə eyni münasibət göstərərdi?
Beşinci alqışlanası məqam. Hafiz bəy “Bakı”nın prezidenti olmaqla yanaşı, həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü, ölkədə sayılıb-seçilən futbol adamlarındandı, ingilis dilində əla danışır və istənilən əcnəbiylə birbaşa ünsiyyət qurur. Üstəlik, həmişə jurnalistlərə hörmət və qayğı ilə yanaşıb, özüm şahidiyəm ki, bir çox hallarda məhz media nümayəndələrini başına yığaraq, onlardan komandasının oyununu gücləndirmək yönündə ideya və təkliflər istəyib. Hafiz bəy “Bakı”nın avrokubok oyunlarına 25-30 jurnalistin aparılmasını təşkil edən, həm də bunun müqabilində bircə dəfə də yazı adamının işinə müdaxiləni lazım bilməyən həmin xeyirxah klub prezidentidi. Ölkədə Hafiz bəydən imkanlı iş adamları, “Bakı”dan zəngin klublar olsa da, gerçəklik budu ki, heç kim jurnalistlərə münasibətdə onun qədər sayqılı davranmayıb. Yox, kiminsə “Bakı”nın son uğursuzluqlarının günahını onun üzərinə atmaq həvəsi varsa, bu tam başqa məsələdi. Hafiz bəy klub prezidenti kimi bəzi adamlara etibar edib, həmin adamlar da etimadı doğrultmayıb, nəticədə prezident strukturu yeniləməyə məcbur olub. Razılaşın ki, dünyanın heç bir yerində buna görə klub prezidentini asıb-kəsmirlər, vətən, millət, futbol və jurnalistika adına bütün xidmətlərinin üstündən xətt çəkmirlər və ya ona dodaq büzmürlər.
İstənilən halda tanıdığımız və fəaliyyətini yaxından izlədiyimiz adam haqda əcnəbilərin yazdığına inanmağa, bir çox hallarda qərəzli olduğu şübhə doğurmayan bilgilərə söykənməyə, onlar əsasında mühakimə yürütməyə dəyməz. Necə deyərlər, görünən dağa nə bələdçi!
Mahir RÜSTƏMLİ, “Futbol +” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























