3 Iyun 2026, Çərşənbə
Azər Bağırov rəsmən "Şamaxı"da
Minifutbol millimiz Çexiyaya qarşı
Millimiz Avstriyaya yollandı
"Zirə" 5 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

"Neftçi": 32 ildə ikinci dəfə

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.

Futbolxeber.az-ın PFL-n saytına istinadən verdiyi məlumata görə, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub. Roman Qriqorçukun yetirmələri “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30