4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

İsmayıl İbrahimli: "Sabah çox əziyyət çəkməli olacağıq"

"Oyuna yaxşı hazırlaşmışıq. Rəqibin güclü və zəif tərəflərini bilirik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu İsmayıl İbrahimli UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin  "DAK 1904"lə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
 
O, səfər matçının asan olmayacağını bildirib:  "Onlar evdə yaxşı çıxış edirlər. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin heyətində yaxşı oyunçular var. İlk matçda qələbə üçün çox əziyyət çəkdik. Sabah da çox əziyyət çəkməli olacağıq".
 
Qeyd edək ki, sabah Slovakiyada keçiriləcək "DAK-1904" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən görüş "Zirə"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31