1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"dan ayrıldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev çıxış etdiyi "Adana Demirspor"dan ayrılıb.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin gazetevatan.com saytı yazıb.

30 yaşlı qolkiperin müqaviləsini birtərəfli qaydada ləğv etdiyi vurğulanıb.

Şahruddin ötən mövsümdən indiyə kimi müqaviləsinə xitam verən 4-cü futbolçu olub. Daha əvvəl Yusuf Ərdoğan, Dorukhan Toköz və Mustafa Kapı müqavilələrini birtərəfli qaydada pozmuşdu. Badou Ndiaye, Younes Belhanda, Yonas Svensson və Kevin Rodriqes isə qarşılıqlı razılaşma əsasında klubla yollarını ayırmışdı.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. O, klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31