3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Mahmudov “Neftçi”nin tarixinə düşdü

Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.
 
Bu, Azərbaycan Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.
 
O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.
 
Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də çıxış edən Emin 183 görüşdə 41 qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30