4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

"Qarabağ" - "Braqa" oyununun hakimləri müəyyənləşib

"Qarabağ" və "Braqa" arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
 
FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.
 
VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.
 
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30