17 Aprel 2026, Cümə
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Ölkə futbolu

Elvis Maşike: "Fasiləyə qədər meydanda "istirahət etdik"

"İlk hissə bizim üçün çətin oldu. Fasiləyə qədər meydanda "istirahət etdik". 

Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Araz-Naxçıvan"ın hücumçusu Elvis Maşike Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a qarşı keçirdikləri oyun (1:1) barədə danışarkən deyib.

Konqolu hücumçu fasilədən sonra toparlandıqlarını bildirib: "İlk hissədən fərqli olaraq, fasilədən sonra toparlandıq. Komanda şəklində mübarizə apardıq. Hesabı da bərabərləşdirdik. Təəssüf ki, ikinci qolu vurmaq üçün yaxaladığımız şansları dəyərləndirə bilmədik".

Maşike növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri oyundan da söz açıb: "Həmin oyuna ciddi hazırlaşmalıyıq. Bizim üçün əsas olan gün keçdikcə daha yaxşısını etməkdir. Baş məşqçi tapşırıqlarını verəcək, "Araz-Naxçıvan"la matça hazırlaşdıracaq. Düşünürəm ki, "Kəpəz"ə qarşı daha yaxşı oyun sərgiləyəcəyik".

29 yaşlı forvard öz çıxışını da dəyərləndirib: "Düşünürəm ki, addım-addım bu çempionata adaptasiya olmağa ehtiyacım var. Mənimçün hər oyun təcrübədir. Azərbaycan çempionatında rəqabət var. Baxımlı çempionatdır, yaxşı komandalar var. Hər tur bu güclü komandalarla bir-bir qarşılaşırıq".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30