17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

"Legiya"nın futbolçusu: "Qarabağ" əvvəlkilərdən qat-qat çətin rəqib idi"

"Legiya”nın futbolçusu Rafal Aqustinyak “Qarabağ”la keçirilən yoxlama görüşü (2:0) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, polşalı müdafiəçi yerli mətbuata açılqmasında Ağdam klubuna qalib gəlməyin xoş olduğunu bildirib:

"Rəqibimiz əvvəlkilərdən qat-qat çətin idi. Azərbaycan klubu bizdən bir həftə tez hazırlığa başlayıb. Fiziki cəhətdən bizdən daha yaxşı görünürdülər. Dünən iki çətin məşq etdik, ona görə də qalib gəlməyimiz xoşdur. Düzdür, qələbə komandanın əhval-ruhiyyəsini artırır, amma mövsümöncəsi nəticə ən vacib şey deyil".

Aqustinyak "Qarabağ"la görüşdə səhvlərə yol verdiklərini deyib: "Səhvlərimizdən sonra "Qarabağ"da qol vəziyyətləri oldu, amma bunlar sadəcə hazırlıqdır və belə səhvlərə görə özünüzü bağışlaya bilərsiniz".

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31