16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

De Byazi: "Yanvarda iş yerimi dəyişə bilərdim"

Millimizin baş məşqçisi Canni De Byazi ilrestodelcarlino.it saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis deyib ki, yanvarda iş yerini dəyişə bilərdi:

"Azərbaycanda Albaniyada etdiklərimi təkrarlamaq istədim. Amma  sonra vəziyyətin bir qədər fərqli olduğunu anladım. Mən nəticələr üçün yaşayıram və tez-tez uduzanda əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Ümid edirəm ki, yaxşı gün keçirəcəyik. Yanvarda iş yerimi dəyişə bilərdim, amma müqaviləmdəki öhdəliyə hörmət etmək istədim və bunu sona qədər yerinə yetirəcəyəm”.

Qeyd edək ki, De Byazi 2020-ci ilin avqustundan millimizi çalışdırır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31