Ölkə futbolu
Regekampf: “Artırılmış 8 dəqiqənin heç 2 dəqiqəsini futbol oynamadıq”
Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” öz meydanında “Sabah”a 2:3 hesabı ilə uduzub.
Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Neftçi”nin çalışdırıcısı Laurentsio Regekampf komandasının yenilgisi barədə bunları deyib:
“Bizim üçün çətin vəziyyətdi. Bir neçə zədəli futbolçumuz var idi. Bu gün isə həm zədəlilərimiz oldu, həm də cəzalılarımız. Bütün bunlara baxmayaraq, bu gün “Sabah”a qarşı yaxşı oynamağa çalışdıq. Səmimi demək lazımdı ki, rəqib hazırda yaxşı dönəm keçirdik. İlk yarıda komanda tapşırıqları tam yerinə yetirə bilmədi. Cabirin, Donyonun qol şansları var idi. Lakin faydalana bilmədik. Bütün bunlara rəğmən, ilk yarını 0:2 hesabı ilə geridə bitirdik. Fasilədən sonra üçüncü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqə təzyiq yaratdıq. “Sabah”ın futbolçuları yerdə uzanıb vaxt aparırdılar. Biz azlıqda oynayırdıq. Bir qədər bəxtimiz gətirsəydi, oyunu 3:3 hesabı ilə bitirə bilərdik. Bu gün məğlub olduq və 3 oyunçumuzu itirdik”.
- Bugünkü nəticəni ədalətli sayırsız?
- Ədaslətli nəticə o zaman deyərdim ki, hakim oyun epizodları zamanı hər iki tərəfə qarşı ədalətli olardı. Bəzi hallarda eyni epizodlarda bizim əleyhimizə cərimə versə də, bizə qarşı eyni addımı atmırdı. Artırılmış 8 dəqiqənin heç 2 dəqiqəsini futbol oynamadıq.
- Bu gün “Nüftçi” cari mövsümdə ilk dəfə öz meydanında uduzdu...
- İndi çox söz demək, xeyli səbəb gətirmək olar. Təbii ki, evdə uduzmağımız yaxşı hal deyil. Hazırda bir neçə aparıcı futbolçumuzun xidmətindən yararlana bilmirik. Onların yerlərini doldurmaq üçün mövqeləri dəyişməyə məcbur oluruq. Bu da müəyyən çətinliklər yaradır. Heyətlə bağlı bu cür problemlər yaşayacağımızı gözləmirdik. Məşqlərdə bəzən sıxıntı yaşayırıq. Bəzən 12-13 futbolçu ilə məşq etməli oluruq. Bütün bunlara baxmayaraq, komandamın bu gün son 20 dəqiqə göstərdiyi oyundan, mübarizə əzmindən razı qaldım.
- “Neftçi” mövsümün startından əsas rəqibləri ilə 3 oyunun 3-də də uduzub. Bunun səbəbi nədir?
- Bu oyunlara fərqli baxmaq lazımdı. Düzdür, hər 3 oyunda uduzduq. Lakin “Sabah”la ilk oyunda hesab 0:0 olarkən 3 real qol epizodunu boşa vermişdik. 46-ci dəqiqədə qol vurub hesabda önə keçmişdik. Bu qol komandaya özünəinam verməliydi. Amma bundan yararlana bilmədik və yekunda uduzduq.
“Qarabağ”la oyuna gəldikdə, ilk 45 dəqiqə yaxşı oynadıq, fasiləyə üstün yollandıq. Lakin sonradan uduzduq. Bilirsiz ki, komandanı qurmaq üçün vaxta ehtiyac lazımdı. Hazırda bəhanə gətirmək istəmirəm. Bəli, 3 oyun uduzmuşuq. Amma “Qarabağ” və “Sabah”la daha 5 oyunumuz var. Bundan sonra daha əzmlı çalışmalıyıq. Artıq qış fasiləsi ilə bağlı rəhbərliklə də söhbətimiz olub. Əminəm ki, komandamız tezliklə daha yaxşı duruma gələcək.
- Son 4 oyunda “Neftçi”nin parlaq çıxış etməməsini sizin Rumıniyada yaşadığınız problem, psixoloji cəhətdən yaxşı durumda olmamağınızla bağlamaq olar?
- Əgər səbəb axtarırsınızsa, bu, sizin fikrinizdi. Lakin mən razı deyiləm. Futbolçularım zədələnibsə, buna qarşı heç nə edə bilmərəm. Aparıcı futbolçuların yoxluğunu qısa zamanda əvəzləmək çox çətindi.
- Zədəlilərin çoxlıuğunu fiziki yüklənmə ilə əlaqələndirmək olar?
- Xeyr, oyunçuların heç biri məşqdə zədələnməyib. Azər Salahlı oyunda zədələndi, ayağı qırıldı. Eddi meydanda zədələndi. Özü də bu, xroniki zədədi. İsrafilov vaxtında dincəlməyi yox, komandasına fayda verməyi seçdi və bununla vəziyyətini daha da ağırlaşdırdı. Azər Əliyev də oyunların birində 86-cı dəqiqədə özünü narahat hiss etdiyini bildirdi. Arveladze də “Sumqayıt”la oyunda xəsarət aldı. Yalnız Mert Çelik məşqdə zədələnib. Onun da durduq yerdə pəncəsi burxuldu. Rəhmanın da ayağına güclü zərbə endirilmişdi. 1 günlük istirahətdən sonra o, özünü yaxşı hiss etdiyini desə də, sonradan problemin ciddi olduğu aşkarlandı.
- “Neftçi” artıq neçənci dəfədir ki, sanki zərbə alandan sonra ayılır. Bunu nə ilə əlaqələndirmək olar?
- Elə oyunlar olur ki, ilk yarıda yaxşı çıxış etsək də, fasilədən sonra zəif oynayırıq. Bəzən isə əksinə olur. Buna görə də konkret səbəb gətirmək, bunu nə iləsə əlaqələndirmək çətindi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
15.10.2026
14.10.2026
13.10.2026
























