Ölkə futbolu
Samir Abasov: "Təəssüf ki, bütün bunlar sadəcə sözlərdir"
"Bizə sona qədər dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Oyun əldən getsə də, soyuq havada şəhərin komandasını dəstəkləyirlərsə, bunu qiymətləndirməliyik. Buna mütləq yaxşı şəkildə cavab verəcəyik. Oyunu iki hissəyə bölərdim. Yaxşı başlamadıq, sanki gərginlik var idi. Bu da həddindən artıq istəkdən irəli gəlirdi. İkinci hissədə oyuna nəzarət etdik. Təəssüf ki, bütün bunlar sadəcə sözlərdir. Çünki üstünlüyümüzü qola çevirə bilmədik. Bizə vaxt lazımdır. Əgər epizodları qola çevirə bilmirlərsə, oyunçular dəyişilməlidir. Qışda buna baxacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, "Araz Abdullayevlə Murad Xaçayevin ehtiyatda qalmasının səbəbi nədir?" sualını belə cavablandırıb: "Ümumiyyətlə, komandada hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Amma Murad Xaçayevin və ya başqa birinin “qara siyahı”da olduğunu söyləmək olmaz. Bu, belə deyil. Bu gün belə bir heyətlə oyuna başlamağa qərar verdik. Problemlərimiz Xaçayevdə və ya Araz Abdullayev deyil. Onlar formada olsalar da, bizim problemlərimiz daha qlobaldır. Hücumda dişsizik var, qol şanslarımızı reallaşdıra bilmirik. Hücumlarımızı tamamlamaq niyyətindəyiksə, o zaman vaxt lazımdır. Bizim daha çox oyunu üzərinə götürə biləcək oyunçulara ehtiyac var. Biz səbrliyiq, hər şey düzələcək”
Təcrübəli mütəxəssis daha sonra vurğulayıb: " Mən oyunçuları bir aydır ki, tanıyıram. Məşq sayımız yetərincə deyil ki, Çabinin inamlı və inamsız vaxtını bilim. O, əsas heyətdə meydana çıxdı. Topla oynadı, amma hücumameyilli oyunçu öz meydançasında, ya mərkəzdə oynayırsa, bu, göstərici deyil. Doğrudur, o, top saxladı, yanındakı Səbuhi Abdullazadəyə və Vüqar Mustafayevə ötürmə verdi, əladır, itirmədi. Bugünkü futbolda bu, ümumiyyətlə, göstərici deyil. Sən rəqib meydançada nələrsə etməlisən. Bu problemləri artıq bilirik. Oyunlara da bir yolla udmaq məqsədi ilə çıxırıq. Standart vəziyyətlə, əks-hücumla uğur əldə etmək istəyirik. Hücumda işləyək, bunu edək filan, açığı, bizdə belə deyil. Çünki bu baxımdan axsayırıq. Ancaq çox ümidliyik və bu yöndə işlər gedir. Öz gücümüzə inanırıq. Zaman hər şeyi göstərəcək".
Abasov "Sumqayıt"da hansı problemlərin olması ilə bağlı deyib: "Bugünkü gündə oyunçuları dəyişə bilməzsən. "Transfer pəncərəsi" var. Komandaya gəlirsənsə, əlində 22 futbolçu var, onları dəyişmək mümkün deyil. Dəfələrlə deyirəm, əlimizdə olan uşaqları komandaya qazandırmağa çalışırıq. Heç kimi qazanmayacağıqsa, yenidən komanda qurulacaq. Epizodlara girmiriksə, bu, ən əsas problemdir. Bunun da öhdəsindən gələ bilmirik, başqa yollar axtarırıq. Bu gün o qədər asmalar etdik. Almir Aqanspahiç əsas heyətdə oynamağa başlayıb, hündürboyludur, başla yaxşıdır. Əfsuslar olsun ki, ondan da yararlana bilmədik. Əsas odur ki, öz dərdimizi, problemimizi bilirik. Ancaq bunu açıq şəkildə deməyin vaxtı deyil. Çox oyunlarımız var. Ən azından həmin oyunçulara güvənməliyik, onlar oyuna çıxmalıdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
14.10.2026
13.10.2026
12.10.2026
























