Ölkə futbolu
Rəşad Sadıqov: “Məndən çox şey gözlənilməsi məni sevindirir”
“Çətin oyun olacağını bilirdik. Samir Abasovun gəlişindən sonra “Sumqayıt” oyun baxımından yaxşılaşdı. İndi komanda daha dinamik və aqressiv oynayır. Səfərin ağır olacağını bilirdik. Oyuna yaxşı başladıq, qol vurduq. Amma bundan sonra oyun planında passivləşdik, rəqibə daha sərbəst oyunmağa imkan verdik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib
"İkinci hissədəki dəyişikliklərdən sonra dinamika və aqressivliyimiz artdı və oyunun bu hissəsindən razı qaldım. İkinci qolu da vura bildik və bundan sonra daha çox qol epizodlarımız oldu. Vacib qələbə qazandıq. Sumqayıt səfərləri həmişə çətin olur və bu oyun da istisna deyildi", - deyə o bildirib.
Sadıqov Sərtan Taşkının bu mövsüm sonradan meydana çıxdığı oyunlarda ümumilikdə 4 qol vurması ilə bağlı söyləyib: "Bəzən elə futbolçular olur ki, oyuna sonradan daxil olanda özünü daha rahat hiss edir. Sərtan da o futbolçulardan biridir ki, ona 30-35 dəqiqə vaxt verəndə özünü daha yaxşı hiss edir. Bu ildə də hücum planında inkişaf görünür. Hücum xəttində itkilərimiz var idi. Oyunu sonradan gücləndirmək üçün futbolçumuz yox idi, ona görə Sertandan istifadə etdik. O da etimadı doğrultdu və biz də buna sevinirik".
O, "Zirə"dəki karyerasından razı olub-olmadığı ilə əlaqədar sualı belə cavablandırıb: "Təbii ki, səndən çox şey gözləyirlərsə, bu, adamı sevindirməyə bilməz. İki il yarımı təhlil etsək... İlk ilimdə, "Neftçi"nin çempion olduğu mövsümdə möhtəşəm idi. "Qarabağ"ı da nəzərə almalıyıq. Mövsümboyu üçlükdə getmişdik, çempionatda və kubokda müəyyən haqsızlıqlarla üzləşmişdik. Finaldan necə məhrum olduğumuz hamının yaddaşındadır. Keçən il üçüncü olduq, kubokda finala çıxdıq. "Qarabağ" və "Neftçi" bizdən öndə bitirib. Maksimumuzu verə bilmişik. Daha yaxşı ola bilərdi? Bəli, ola bilərdi. Məşqçi hər zaman qarşısına maksimum nəticə qoymalıdır, amma müəyyən reallıqlar da var və bunu da nəzərə almaq lazımdır. Məndən çox şey gözlənilməsi məni sevindirir".
R.Sadıqov ölkə çempionatında növbəti turda “Neftçi” ilə keçiriləcək oyundan da danışıb: “Təbii ki, bu görüş turnir baxımından çox önəmli olacaq. “Neftçi” və ya “Qarabağ” kimi komandalarla oyunlarda qazanılan hər xal önəmlidir. Bəzi itkilərlə hazırlaşacağıq. Hacıağa Hacılı da cəzalı duruma düşdü. Əlimizdən gələn hər şeyi edəcəyik. Cədvəldə mümkün qədər yuxarı qalxmağı planlaşdırırıq. Amma biz “Neftçi” ilə görüşə altı xallıq oyun kimi baxmırıq".
Baş məşqçi Azərbaycan kubokunun püşkatmasının nəticələrinə də münasibət bildirib: “Artıq 3-cü ildir ki, “Zirə”də baş məşqçiyəm, "Mingəçevir"i keçsək, yenə “Neftçi” ilə qarşılaşacağıq. Hər iki komanda kubokda irəliləmək istədiyi üçün maraqlı oyun olacaq. Yarımfinalda uduzmaqdansa, 1/4 finalda uduzmaq daha yaxşıdır. "Mingəçevir"i keçsək, seçim etsəm ki, "Neftçi" ilə yarımfinalda, yoxsa 1/4 finalda qarşılaşım, daha yaxşısı 1/4-dir. Yarımfinalda güc sərf edirsən, çempionat matçları olur. "Neftçi" kubokda favoritlərdən biridir. Ona görə də erkən mərhələdə onlarla qarşılaşsaq, daha yaxşı olar".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
-
09:30
9 qolluq oyunda "Liverpul" qalib gəldi VİDEO
-
18:25
“Dinamo” - “Kür-Araz” matçında 4 penalti, 10 qol VİDEO
-
17:46
Türkiyə klubunda yeni baş məşqçi
-
16:51
"Kür"ün növbəti rəqibi bəlli olub
-
16:03
Boks millimiz Avropa çempionatında üçüncü yeri tutub
-
15:34
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
-
14:27
Bakıdakı dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
-
13:40
DÇ: Minifutbol millimiz BƏƏ-ni məğlub etdi
-
13:12
Futzal millimizin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
-
12:58
Qadın güləşi millimizin üzvləri Qazaxıstana yollanıblar
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:09
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
-
11:46
"Atletiko" "Mançester Yunayted"i məğlub etdi VİDEO
-
11:23
ABŞ səfirliyi Azərbaycan cüdoçularını dünya çempionatında uğurlu çıxışa görə təbrik edib
-
10:54
"Lans" öz meydanında "Sportinq"lə bacarmadı VİDEO
-
10:31
Güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
-
10:17
"Qalatasaray" - "Barselona" matçında 5 qol VİDEO
-
10:00
Millimiz “Antalyaspor”a qalib gəlib
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
15.10.2026
14.10.2026
13.10.2026
























