1 Mart 2026, Bazar günü
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi

Ölkə futbolu

"Sumqayıt"da iki yeni müqavilə

“Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.

Futbolxeber.az-ın klubun saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.

Qeyd edək ki Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər. R.Abdullazadə Premyer Liqada ilk oyununu sözügedən mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) keçiribsə, S.Abdullzadə isə bu uğura 14-cü turun “Kəpəz”lə oyununda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31