3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Basketbol

Azərbaycanın millilərinin oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatının C divizionunda keçirəcəyi oyunların təqvimi açıqlanıb.
 
Futbolxeber.az saytının Azərbaycan Basketbol Federasiyasına istinadən verdiyi məlumata görə, 16 yaşadək oğlanlardan ibarət yığma A qrupunda Albaniya, Malta və Moldova millilərinə qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da Albaniya yığmasına qarşı olacaq. U-16 növbəti oyunlarını iyulun 10-da, saat 16:30-da Moldova, ayın 11-də, saat 16:30-da isə Malta millilərinə qarşı keçirəcək. Qarşılaşmalar paytaxt Tiranada baş tutacaq.
 
16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandanın qrupdakı ilk oyunu iyulun 9-da, Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. U-16 qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr (11 iyul, saat 12:30) millilərinə qarşı keçirəcək. Qarşılaşmalar Cəbəllütariqdə baş tutacaq.
 




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31