23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

"Layiq olduğumuz qələbəni qazandıq"

"Layiq olduğumuz qələbəni qazandıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç "Cəlilabad"a 103:91 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XVI turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Mütəxəssis əzmkarlıq nümayiş etdirdiklərini bildirib: "Bundan öncəki turda uğursuz oyunlar seriyasını dayandıra bilmişdik. İndi də davamını gətirdik. Matça yaxşı başlamasaq da, dönüş etdik. Əzmkar oynadıq. Qarşılaşma pley-off üçün önəmli idi".
 
Türkiyəli baş məşqçi mövsümün sonuna qədər vəziyyəti düzəltmək üçün mübarizə aparacaqlarını söyləyib: "Basketbolçularımla qürur duyuram. Final sirenasına kimi dayanmadan vuruşdular. Layiq olduğumuz qələbəni qazandıq. Bura bizi dəstəkləməyə gələn azarkeşlərə də təşəkkür edirəm. Bəlkə bir az gec oldu, amma komandaya sona qədər mübarizə aparmağı aşılaya bilmişik. Çempionatda döyüşmək lazımdır. Mübarizəni sona kimi aparmaq əsas məqsəd olmalıdır. Bunu etməsən, uduzacaqsan. Belə təcrübə başımıza çox gəlib. Qarşıdakı iki matçda da qələbə qazanmağa çalışacağıq".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31