3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Basketbol

"Xəzri"nin baş məşqçisi: "Heç vaxt bəhanələrə sığınmadım"

"Heç vaxt bəhanələrə sığınmadım".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Xəzri” klubunun baş məşqçisi Murat Dikmen "Sumqayıt"a 77:84 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının XVI turunun oyunu ilə bağlı danışarkən deyib.
 
Mütəxəssis kubok matçından sonra ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşdiklərini bildirib: "Amil Həmzəyev, Ceremi Maklaflin və Yusuf Məhəmməd zədəli olduqları üçün yalnız 1 gün məşq edə biliblər. Təxminən iki həftədir əksər oyunçularımız zədədən əziyyət çəkirdilər. Ona görə də son həftələrdə yaxşı məşq edə bilməmişik. Yekunda bu gün hər kəs əlindən gələni etməyə çalışdı, lakin bu, qələbə üçün yetərli olmadı".
 
Dikmen mövsümdə ən pis matç keçirdiklərini söyləyib: "Bundan sonra ümid edirəm ki, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşaraq işimizə daha da köklənərik. Bu məğlubiyyətlə birlikdə liderliyi əldən verdik. Çempionatı ilk iki sırada bitirməyi hədəfləyirik".
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30