Ölkə futbolu
Vüsal İsgəndərli: "Biz elə komandayıq ki, hər rəqibə qarşı ciddi yanaşmalıyıq"
“Ağır oyun oldu. Çətin də olsa, qələbə qazana bildik. Buna görə sevinirəm”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Vüsal İsgəndərli “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
O, rəqibin ancaq müdafiə olunduğunu bildirib: “Matçdan öncə favorit göstərilsək də, hər rəqibə hörmətlə yanaşırıq. Monqolustan millisi ancaq müdafiədən oynayırdı. Buna görə qol vurmaq üçün işimiz çətinləşirdi. Sonda da olsa, rəqib müdafiəsini yara bildik. Təbii ki, qələbə qazandığımız üçün çox xoşbəxtik. Bizi dəstəkləmək üçün gələn azarkeşlərə də təşəkkürümü bildirirəm”.
V.İsgəndərli meydana arxayın çıxmadıqlarını söyləyib: “Rəqibi ciddiyə almamaqdan söhbət gedə bilməz. Biz elə komandayıq ki, hər rəqibə qarşı ciddi yanaşmalıyıq. Məşqçilər korpusu da bizi oyuna yaxşı kökləmişdilər. Epizodlarımız olurdu, sadəcə yararlana bilmirdik”.
29 yaşlı futbolçu martın 25-də Bolqarıstana qarşı keçiriləcək matçdan da söz açıb: “Bolqarıstanla oyun daha çətin keçəcək. Onlar da ilk matçı qələbə ilə başa vurublar. Lakin biz azarkeşlərimiz önündə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yenə qələbə qazanaq və fanatları sevindirək”.
Vüsal İsgəndərli klub karyerasından razılığını ifadə edib: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bəziləri “Eqnatiya”da durumumun “Boluspor”la müqayisədə daha yaxşı olduğunu deyirlər. Vurduğum qolları nəzərə alıb belə düşünürlər. İnsanları anlayıram. Amma “Boluspor”da da hər şey ürəyimcədir. Özümü orada çox yaxşı hiss edirəm. Sadəcə “Boluspor” tam fərqli sistemdə oynayır. Bir qədər zamana ehtiyac var. İnanıram ki, burada da qollarım, məhsuldar ötürmələrim olacaq. Ən əsas odur ki, Superliqaya yüksəlmək uğrunda pley-off matçlarına vəsiqə qazanaq”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Bir fotonun qorxusu... - QEYD
-
20:13
Qurban Qurbanov: “Birdən-birə düşünülən fikirlərin hamısını icra etmək asan deyil”
-
20:04
Dövlət tərəfindən klublara ayrılan maliyyə yardımı artırılacaq?
-
19:43
İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
-
19:34
Rövşən Nəcəf İcraiyyə Komitəsinin iclası barədə: “Əsas qərar odur ki...”
-
19:22
İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
19:15
Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
-
18:43
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
-
18:06
“Fire League”da pley-off oyunlarına start verildi FOTOLENT
-
16:51
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
-
16:37
Mariya Stadnikə ağır itki üz verib
-
16:24
XXXVI turun oyun cədvəli açıqlandı
-
16:00
"Neftçi"nin hücumçusu: "Het-trik etmək hər zaman diqqət çəkir"
-
15:42
Bir fotonun qorxusu... - QEYD
-
15:18
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
-
14:59
Azərbaycan millisindən Avropa çempionatında 2 bürünc medal
-
14:25
Gənclər Liqasının qalibi mükafatlandırıldı
-
13:33
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
-
13:16
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
-
13:00
Roi Kehat: “Bu qələbə komandamın mənə ad günü hədiyyəsi oldu”
-
12:41
"Bayer"dən darmadağın VİDEO
-
12:27
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
-
12:09
PSJ öz meydanında uduzdu VİDEO
-
11:58
Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib
-
11:44
Azərbaycanın kişi parataekvondoçularından tarixi uğur
-
11:32
“Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
-
11:25
Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib
-
11:13
“Neftçi” üçün ilk, tarixdə 7-ci
-
10:56
"Qarabağ" rekordunu təkrarladı
-
10:41
Renat Dadaşovdan qol şərhi: "Bu, Hatay üçündür"
-
10:28
Ehtiram Quliyev: “Fərqli fikirlərə ehtiyacımız var, yetər ki, qərəzli olmasın”
-
10:19
Regionlarda fəaliyyət göstərən məşqçilər üçün seminar keçirilib
-
10:04
Şahruddin qapısında 6 qol gördü VİDEO
-
09:47
Asif Məmmədov üçün yubiley
-
09:30
Renatın qolu və "Hatayspor"a qələbə qazandırdı VİDEO
-
23:24
"Sumqayıt" - "Səbail" matçında 3 qol VİDEO
-
22:46
"Bizə heç kim nəsə dəyə bilməz"
-
22:33
Şahin Diniyev: “Səbail” avrokuboklarda oynamağa layiq komandadır”
-
22:11
Renat Dadaşov "Hatayspor"a qələbə qazandırdı
-
21:25
"Sumqayıt" və "Qəbələ"dən qələbə
-
20:32
Kaxaber Sxadadzedən qələbə şərhi
-
19:50
"Qəbələ"nin qələbəsi VİDEO
-
16:51
Kilan Lebon: “Gümüş medallara yiyələnmək “Neftçi” üçün prioritetdir”
-
15:16
Cəlal oynadı, "Arda" qalib gəldi
-
14:48
Krivotsyukun komandası 90+13- də məğlubiyyətdən qaçdı VİDEO
-
14:25
Stefan Aka: “Hakim səhvləri oyunun taleyini həll etdi”
-
14:09
Sərtan Taşkın üçün 14 dəqiqə
-
13:32
U-17 millimiz Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək
-
13:13
Məhəmməd Avstriyada birinci, Şəhriyar üçüncü oldu
-
12:24
"Xəzri"nin baş məşqçisi finalda nəyə ümid edir?
-
11:57
IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq