24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Basketbol

"Xəzri"nin baş məşqçisi finalda nəyə ümid edir?

"Ümid edirəm “Sabah”la oynayacağımız final matçlarında ilk olaraq yaxşı basketbol sərgiləyəcəyik. Daha sonra arzuladığımız seriya ilə hədəfimizə çatarıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "NTD-İndiqo"ya 86:81 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsinin ikinci oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Mütəxəssis dünənki qarşılaşma haqqında fikirlərini bölüşüb: "Hər iki hissədə bir-birindən fərqli ssenarilər baş tutdu. Böyük fasilədə komandama pley-offlarda müdafiənin nə qədər önəmli olduğunu bir daha xatırlatdım. Rəqibin bizə qarşı hazırladığı xüsusi hücumlara qarşı müdafiəmizlə cavab verdik və üçüncü periodda oyunu tarazlamağı bacardıq. 18-5 hesablı seriyamız da bunu göstərir. Son periodda da təşəbbüsü ələ aldıq. Əlavə edilmiş hissədə də pley-offlardakı təcrübəmizdən də istifadə edərək qalib gəlməyi bacardıq".
 
Türkiyəli baş məşqçi daha əvvəl ölkəsində bu cür matçlarda çox iştirak etdiyini vurğulayıb: "Ona görə də belə seriyalarda necə hazırlaşmağı, mübarizə aparmağı və matçın içindəki davamlılığı yaxşı bildiyim üçün rahat idim. Hətta komandam 18 xal geriyə düşdükdə belə məndə rahatlıq var idi. Buna görə oyunçularımı təbrik edirəm. Həqiqətən də final onların haqqı idi. İlk mövsümümüzdə iki finalda da mübarizə aparmaq bizim üçün çox çətin idi. Birində məğlub olduq. İndidən pley-offda çıxış edəcək bütün oyunçulara, məşqçilərə uğurlar arzu edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31