24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Ölkə futbolu

Kaxaber Sxadadzedən qələbə şərhi

“Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qələbə qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Saxadadze Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Gürcü mütəxəssis gənc oyunçular haqda müsbət fikirlər səsləndirib: “Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama işləyirik.Onlar da bunu gördü. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdır. Öz markalarını saxlamalıdırlar. Futbolçulara bunu demişdik və onlar da bunu etdi. "Qəbələ" həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də, diqtə edən tərəf biz idik”.

O, müdafiədə etibarlı və diqqətli oynadıqlarını söyləyib: “Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun".

“Yerli futbolçulara şans verməkdə gecikmədiz?” sualını Sxadadze belə cavablandırıb: “Bizim özümüzdə də bu cür suallar var. Amma biz neçə vaxtdır ki, buradayıq? Hər şeyə zaman lazımdır. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm”.

“Qəbələ”nin çalışdırıcısı əvəzetmə zamanı İlkin Qırtımovun əsəbiləşməsinə də münasibət bildirib: “Hər kəsin öz vəzifəsi var. Hamı da öz vəzifəsinin öhdəsindən gəlməlidir. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Mən baş məşqçiyəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçi və sağ cinah mərkəz müdafiəçisi bugünkü gündə ən güclüdür. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdır. İlkin də təcrübəli futbolçudur. Əgər o, özünü saxlaya bilmirsə, azaddır. Mən tərəfdən problem yoxdur. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidir. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandır ki, reaksiya vermirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31