21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

Andrade “Polesye”də qol hesabını açdı

Bu yay “Qarabağ”ı “Polesye”yə dəyişən Leandro Andrade yeni klubunda qol hesabını açıb.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Ukrayna çempionatının 5-ci turunda “Polesye” öz meydanında “Kudrivka”nı 5:1 hesabı ilə məğlub edib.

İkinci hissədə Nazarenkonun əvəzinə meydana çıxan Andrade 87-ci dəqiqədə fərqlənməklə matçda son nöqtəni qoyub. Bu, Leandronun “Polesye”nin heyətində 7-ci rəsmi matçda ilk qoludur. Daha əvvəl sabiq “Qarabağ”lı “Xarkov” və “Şaxtyor”la görüşlərdə məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, 5 turdan sonra 12 xalı olan “Polesye” Ukrayna çempionatında liderdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31