18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Xarici futbol

Emrelinin komandasında yeni baş məşqçi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klub açıqlama yayıb. Daha əvvəl komandanın məşqçilər korpusunda çalışan Davit Şulçek baş məşqçi vəzifəsini icra edəcək.

UEFA Pro lisenziyasına sahib olan 35 yaşlı mütəxəssis 2013-cü ildən peşəkar futbolda məşqçi kimi çalışır. O, karyerası ərzində “Rozvoj Katovitse”, “Viqri Suvalki”, “Stal Mieleç” və “Visla Krakov”da çalışıb.

Mütəxəssis bu ilin yanvarından “Rakuv”da əvvəlcə Lukaş Tomçikin, daha sonra isə Davit Kroçekin köməkçisi kimi fəaliyyət göstərib. Bu müddətdə komanda Polşa Kubokunun finalına və UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Qeyd edək ki, o, komandanın sabiq çalışdırıcısı Davit Kroçeki əvəzləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31