22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

ÇSKA-nın müdafiəçisi: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”

Sofiya ÇSKA-sının müdafiəçisi Teodor İvanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Futbolxeber.az saytının Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bolqar futbolçu bu gün Azərbaycana yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.

İddialı açıqlama verən İvanov bildirib ki, Bakıya ən yaxşı oyunlarını nümayiş etdirmək üçün gedirlər: “Qarabağ” ciddi rəqibdir və yüksək səviyyəyə malik komandadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, komandanın istəyi və qələbə əzmi dəyişməlidir. Bizim keyfiyyətimiz var. ÇSKA üçün heç-heçə yoxdur, bizim üçün yeganə müsbət nəticə qələbədir. Əhval-ruhiyyənin ən yüksək səviyyədə olmaması normaldır. Bizim üçün heç-heçə məğlubiyyət kimidir. Ümid edirəm ki, yaxşı oyun göstərib layiqli çıxış edəcəyik. Təzyiq həmişə olacaq. Təzyiq varsa, deməli, işləri düzgün görürsən. Həm özümüz, həm də azarkeşlərimiz üçün əlimizdən gələni etməyə çalışırıq. Azarkeşlər uğurlarımızın 50 faizini təşkil edir və onların yoxluğunu hiss edəcəyik. Televiziya qarşısında onlara sevinc yaşatmağa çalışacağıq”, - deyə İvanov bildirib.

Xatırladaq ki, “Qarabağ”la ÇSKA arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-u Sofiyada keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31