4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Xarici futbol

“Turan Tovuz”un müdafiəçisi “Marakana”da meydana çıxdı

DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Braziliyadan Vinisius Junior (1), Kazemiro (38), Roşa (52), Paketa (59), Tyaqo (63-pen.) və Danilo (81), Panamadan isə Kunya (13-avtoqol) və Xarvi (83) vurublar.

Qeyd edək ki, matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30