24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Braziliyada final matçında kütləvi dava - 23 futbolçu qırmızı vərəqə aldı

Braziliyanın “Kruzeyro” və “Atletiko Mineyro” klubları arasında keçirilən “Kampiyonatu Mineyro”nun final matçında kütləvi dava düşüb.

Futbolxeber.az saytının məlumatına görə, insident nəticəsində 23 futbolçuya qırmızı vərəqə göstərilib.

Belo Horizonte şəhərində keçirilən qarşılaşmada yeganə qolunu Kaio Jorje vuraraq “Kruzeyro”ya 1:0 hesablı qələbə qazandırıb. Komandaya Braziliya millisinin keçmiş baş məşqçisi Tite rəhbərlik edir. Bu qələbə ilə “Kruzeyro” 2019-cu ildən sonra ilk dəfə “Minas Jerays” ştatının çempionu olub.

Matçın hakimi Mateus Delqado Kandankan dava zamanı meydanda qırmızı vərəqələri göstərməyə imkan tapmayıb. Lakin oyun protokolu hazırlanarkən baş verən hadisələr nəzərə alınaraq 23 futbolçuya sonradan qırmızı vərəqə verilib.

Qırmızı vərəqə alanlar arasında “Atletiko Mineyro”nun üzvü, Braziliya yığmasının keçmiş üzvü Halk da var.

Hadisəni sakitləşdirmək üçün təhlükəsizlik əməkdaşları və hərbi polis müdaxilə edib.

Bu hadisə Braziliya futbolunda ən böyük kütləvi davalardan biri kimi yadda qalıb.

Fədai Qurbanov 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31