21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

FİFA DÇ-2026-nın afişasını təqdim etdi

FİFA ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının rəsmi afişasını təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, 2026-cı il dünya kuboku tarixdə 3 ölkənin birgə ev sahibliyi edəcəyi ilk turnir olacaq. Posterin dizaynının əsasını məhz bu birlik və əməkdaşlıq ideyası təşkil edir.

Əsas poster üzərində hər ev sahibi ölkədən bir rəssam olmaqla üç rəssam çalışıb: Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Hank Uillis Tomas (ABŞ). FİFA qeyd edib ki, mundial tarixində turnirin rəsmi posterinin eyni anda üç rəssam tərəfindən yaradılması da ilk dəfədir.

Əsas posterdən əlavə, turnirdə 16 ev sahibi şəhər üçün ayrıca poster seriyası da olacaq. Bu, dünya çempionatı tarixində birinci dəfə yaşanacaq.

Xatırladaq ki, DÇ-2026 11 iyun-19 iyul tarixlərində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31