2 Sentyabr 2026, Çərşənbə
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı
"Sumqayıt" "Qarabağ"a məğlub oldu

Xarici futbol

Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər

Albaniya Superliqasında 26-cı turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, bu turda azərbaycanlı futbolçuların komandası üz-üzə gəlib.

Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani"(Tirana) öz meydanında Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev start heyətdə meydana çıxıb və sonadək oynayıb, İsgəndərli isə 88-ci dəqiqədə - komandası hər iki qolu vurandan sonra meydanı tərk edib.

Hazırda "Eqnatiya" turnir cədvəlində 46 xalla 3-cü, "Partizani" isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30