21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

“Traktor” İran Futbol Federasiyasından FİFA-ya şikayət etdi

“Traktor” klubu İran Futbol Federasiyasından FİFA-ya şikayət edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Təbriz klubunun sosial şəbəkədəki səhifəsində açıqlama yayılıb.

Cənubi Azərbacan klubu rəsmi şikayətini üç ayrı bölmə üzrə FİFA-nın baş katibinə göndərib. İdarə heyəti üzvlərinin imzası ilə tərtib olunaraq qeydiyyata alınan bu şikayət aşağıdakı istiqamətləri əhatə edir:

1. Fors-major prinsiplərinin pozulması, oyunun təhlükəsizliyinin təmin edilməməsi və intizam işlərinə baxılmasında ədalətin inkarı.

2.“Traktor” klubuna və onun milli komanda üzvü olan oyunçularına qarşı irqi və etnik ayrı-seçkilik xarakterli davranışların davam etməsi, eləcə də məhkəmə orqanlarının ayrı-seçkiliyə qarşı qaydaların icrasında səhlənkarlığı.

3. ərəzsizlik prinsipinin pozulması və Video Köməkçi Hakim (VAR) protokolunun natamam tətbiqi.

Qeyd edək ki, son İran çempionunun sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın yarışdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31