24 Aprel 2026, Cümə
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi

Xarici futbol

Avroliqada 2 klub 1/8 finala vəsiqəni təmin etdi

UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra 1/8 finala və pley-offa vəsiqəni təmin edən bəzi klublar müəyyənləşib.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, sona 1 tur qalmış “Aston Villa” və “Lion”un birbaşa 1/8 finala adladığı dəqiqləşib.

Pley-offu təmin edən komandalar isə “Bolonya” (İtaliya), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbağça” (Türkiyə), “Ferensvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Genk” (Belçika), “Midtyülland” (Danimarka), PAOK (Yunanıstan), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya), və “Viktoriya Plzen”dir (Çexiya).

Qeyd edək ki, Avropa Liqasının reqlamentinə əsasən, turnir cədvəlində 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa yüksələcəklər.

Sonuncu - 8-ci turun bütün matçları 30 yanvar, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30