8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Van Deyk: “Qarabağ”la oyunda hər şey bizdən asılı olacaq”

“Liverpul”un kapitanı Vircil van Deyk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, ilk 8-likdə qalmağın vacibliyini vurğulayan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:

“Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə "Qarabağ"a qarşı oynayacağıq. Gəlin, ilk 8-likdə yer alacağımızdan əmin olaq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Amma həlledici məqam gələn həftədir”.

Qeyd edək ki, hazırda tunir cədvəlində "Liverpul" 15 xalla 4-cüdür. 10 xala malik "Qarabağ" 18-cidir.

"Liverpul" - "Qarabağ" görüşü yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30