24 Oktyabr 2026, Şənbə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

“Ayntraxt”ın futbolçusu: “Qarabağ” bizi düzgün cəzalandırdı”

“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışıb.

Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi UEFA-nın saytına açıqlamasında komandasının çıxışından narazı qaldığını etiraf edib:

“Oyunumuz qətiyyən yetərli deyildi. Kifayət qədər yaxşı oynamadıq. Bəzi məqamlarda düzgün oynadıq, hesabda önə keçdik. Amma dərhal qol buraxdıq ki, bu da qəbuledilməzdir. “Qarabağ”ı təbrik edirəm. Onlar vəziyyəti çox yaxşı idarə etdilər. Səhvlərimizdən maksimum yararlandılar. Ciddi səhvlər etdiyimiz anlarda bizi düzgün cəzalandırdılar”.

Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və sona 1 tur qalmış 18-ci pillədə qərarlaşıb. "Ayntraxt"ın isə ÇL-lə vidalaşacağı dəqiqləşib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31