22 Oktyabr 2026, Cümə axşamı
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

Mert Çelik oynadı, “Sivasspor” qalib gəldi

Türkiyə birinci liqasında 21-ci tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Mert Çelikin də formasını geyindiyi “Sivasspor” səfərdə “Bodrumspor”un qonağı olub.

Matça ehtiyat oyunçular skamyasından başlayan Çelik artıq 10-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb. 25 yaşlı müdafiəçi 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Matç “Sivasspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran Sivas təmsilçisi 12-ci pillədə qərarlaşıb. “Bodrumspor” isə 33 xalla altıncıdır.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyə Futbol Federasiyasının (TFF) apardığı mərc araşdırması çərçivəsində futboldan 45 gün müddətinə uzaqlaşdırılan M.Çelikin qayıdışı ötən tur “Ərzurumspor”a qarşı oyunda baş tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31