27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Xarici futbol

“Neftçi”nin yarımmüdafiəçisi Misirə qarşı oynadı

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, turnirin favoritlərindən olan Misir millisi Beninlə qarşılaşıb.

Görüşün iştirakçıları arasında “Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeyda da olub. Benin yığmasının start heyətində yer alan yarımmüdafiəçi 77-ci dəqiqədə Attidjikou Samadou ilə əvəzlənib. “Sumqayıt”dan Benin millisinə dəvət alan Abdul Raşid Mumini isə cəzalı olduğu üçün görüşü kənardan izləyib.

Görüşün əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Əlavə vaxtda daha üstün olan Misir 1/4 finala adlayıb.

Misir - Benin - 3:1

Qollar: Attia, 69 (1:0), Dossou, 83 (1:1), İbrahim, 97 (2:1), Salah, 120+4 (3:1)

Bununla da Benin millisi qitə kubokunda çıxışını başa vurub. Misir isə 1/4 finalda Nigeriya - Mozambik cütünün qalibi ilə üz-üzə gələcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31