27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Xarici futbol

Alonso: “2026-cı ilə layiqli qələbə ilə başladıq”

“Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın 18-ci turunda “Betis” üzərində 5:1 hesablı qazanılan qələbəni şərh edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, ispan mütəxəssis yeni ilə uğurlu start verdiklərini bildirib:

“Şadam ki, 2026-cı ilə inamlı və layiqli qələbə ilə start verdik. Bu, keyfiyyətli komanda işinin nəticəsidir. İnam qazanmaq üçün evdə bu cür qələbələr qazanmağa davam etməliyik. Hazırda yaxşı formadayıq. Səbirsizliklə Superkuboku gözləyirik. Bu, güclü rəqiblərə qarşı qısa turnirdir. Məqsədimiz final oynamaqdır”.

Qeyd edək ki, 19 oyundan sonra 45 xalı olan “Real” La Liqada ikincidir. Alonsonun komandası lider “Barselona”dan 4 xal geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31