9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Xarici futbol

Braziliyalı sabiq futbolçu: “Roma” və “Milan”a “yox” demişdim”

Braziliyanın gənclər millisinin sabiq üzvü Franselino Matuzalem karyerası haqda danışıb.

Futbolxeber.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı veteran futbolçu “Roma” və “Milan” kimi klubların təklifini geri çevirdiyini bildirib:

“Mən “Roma” və “Milan”dan yan keçdim. Halbuki bu komandaların təklifini qəbul edə bilərdim. Onlara “yox” demək heç də asan deyildi. Xüsusən də “Milan”a... Spaletti “Roma”ya transferim üçün şəxsən mənimlə görüşdü. Həmin vaxt mən “Şaxtyor”da çıxış edirdim. Orada ən yaxşı məşqçi – Mirça Luçesku ilə çalışırdım”.

Qeyd edək ki, Franselino Matuzalem karyerası ərzində İtaliyada “Parma”, “Napoli”, “Pyaçentsa”, “Breşiya”, “Cenoa”, “Bolonya”, “Verona”, İspaniyada “Saraqosa”, Ukrayada “Şaxtyor” (Donetsk), ABŞ-də “Mayami” kimi klublarda forma geysə də, daha çox “Latsio”dakı çıxışı ilə tanınıb. O, 2008-2014-cü illərdə Roma klubunun formasını geyib. “Şaxtyor”la iki dəfə Ukrayna çempionu olan Matuzalem, “Latsio” ilə İtaliya kubokunu və Superkuboku qazanıb.

1997-ci ildə Braziliyanın U-17 millisi ilə dünya çempionu olan Franselino Matuzalem karyerasına 2018-ci ildə Meksikanın “Monterozi” klubunda son qoyub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30